📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Urmiyada Azərbaycan dilində tamaşa İranı narahat etdi

2023-02-23 14:59:00

Urmiyada Azərbaycan dilində tamaşa İranı narahat etdi

Beynəlxalq Ana Dili Günü tədbirləri ilə eyni vaxtda Urmiya şəhərində Azərbaycan dilində səhnəyə qoyulan "Ədalət nümayişi" tamaşası azərbaycanlılar tərəfindən coşqu ilə qarşılanıb.

Hurriyyet.az xəbər verir ki, güneylilərin Azərbaycan dilində tamaşaya baxmaq üçün axın etməsi rəsmilərin narahatlığına səbəb olub.

Onlar çox saylı müraciətlərə baxmayaraq, tamaşanın nümayişinin müddətinin uzadılmasına icazə verməyiblər.

Qeyd edək i, Əsgər Abidinin (İlqar) ssenari müəllifi və rejissoru olduğu “Ədalət nümayişi” tamaşası Azərbaycan dilində Urmiya şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində səhnələşdirilib.

axar.az