📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Urmu zindanında qarşıdurma: Bir məhbus öldürüldü

2021-07-28 12:19:00

Urmu zindanında qarşıdurma: Bir məhbus öldürüldü

İyulun 25-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin zindanında acı hadisə yaşanıb. İran İnsan Haqqları Təşkilatının verdiyi məlumata görə, hadisəyə səbəb zindanın müdiriyyəti tərəfindən ərzaqın düzgün paylanılmaması olub. “Azad İran” Teleqram kanalının verdiyi xəbərə görə, məhkumlar arasında baş verən şiddətli qarşıdurmada bir məhbus öldürülüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zindandan İran İnsan Haqqları Təşkilatına verilən məlumata görə, qarşıdırmada öldürülən Davud Paşayi adlı şəxsdir. Məlumata görə, o, əldəqayırma iti dəmir alətlə yaralanıb, xəstəxanaya köçürülüb. Ağır yaralandığı üçün həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Urmu həbsxanasında qida çatışmazlığı və ərzaqın düzgün paylanılmaması dəfələrlə məhkumların narazılığına səbəb olub. Məhkumlarla həbsxana nəzarətçiləri arasında toqquşmalar baş verib. Bu ayın 14-də eyni məsələ, ərzaq paylarının düzgün bölüşdürülməməsi ilə bağlı baş verən toqquşma zamanı da 1 nəfər öldürülmüş, 16 nəfər yaralanmışdı.

Hazırladı: Ülviyyə Şükürova