Ursula fon der Lyayen Bakıya gəlir – Avropaya qaz tədarükü ilə bağlı danışıqlar aparılacaq
2022-07-15 19:07:00
Hurriyyet.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının enerji üzrə komissarı Kadri Simson gələn həftə, 18 iyul tarixində Azərbaycana gələcəklər. Bu barədə açıqlama Avropa Kommissiyasının rəsmi saytında yerləşdirilib.
Səfər çərçivəsində Simson Azərbaycan Prezidenti İlham Əliyev və Energetika naziri Pərviz Şahbazovla görüşəcək.
Mətbuatda yayılan xəbərlərə görə, Avropa İttifaqı əlavə qaz tədarükü ilə bağlı Azərbaycanla razılaşmalar əldə eləmək istəyir. “Yevroobserver” (ERobserver) nəşrinin məlumatına görə, Avropa ölkələri 2027-ci ilə qədər ildə azı 20 milyard kubmetr qaz almaq niyyətindədirlər.
Hürr Tərcüman