📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ursula fon der Lyayen təkrar seçilə bilər

2024-03-07 17:54:59

Ursula fon der Lyayen təkrar seçilə bilər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının 65 yaşlı sədri Ursula fon der Lyayen iyun ayında keçiriləcək Avropa parlamenti seçkilərində Avropa Xalq Partiyasının siyahısında liderdir və müvafiq olaraq Avropa Komissiyasının yeni heyətinin (2024-2029-cu illər) başçısı vəzifəsinə partiyanın namizədi olacaq. Qərar partiyanın Rumıniya paytaxtında keçirilən qurultayında qəbul olunub. 400 nümayəndə onun lehinə, 89 nəfər əleyhinə səs verib. O, Avropa Xalq Partiyasının vahid namizədidir. 
Hürr Tərcüman