“USA Today” : İran Haniyəyə görə İsrailə oxşar şəkildə cavab verə bilər
2024-08-08 12:02:07
Amerika rəsmiləri hesab edirlər ki, İran Haniyənin aradan götürülməsi ilə bağlı İsrail hakimiyyətinə oxşar şəkildə cavab verə bilər. Bu barədə “USA Today” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ rəsmiləri İranın İsrailə cavab zərbəsi endirməyə hazırlaşdığına dair əlamətlər müəyyən ediblər. Eyni zamanda, İran tərəfinin standart raket atəşinə əlavə olaraq, “sui-qəsd kimi daha az tipik hücuma” müraciət edə biləcəyi ilə bağlı narahatlıq var.
Nəşr qeyd edir ki, Hizbullahın qarşıdan gələn zərbədə iştirakı da narahatlıq doğurur. Təşkilatın “İsrailə əhəmiyyətli zərər vura biləcək bütün raket arsenalına” malik olduğu bildirilir.
Ülviyyə, Hurriyyet.az