📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uşağa şirin çay vermək olarmı?

2022-12-14 21:13:00

Uşağa şirin çay vermək olarmı?

“Bir yaşlı uşağa şirin çay vermək olmaz. Bu, uşaqların qida rasionunu pozur”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

“Altı aydan sonra qida əlavələri və həkim mütəxəssislər tərəfindən buna müvafiq məsləhətlər görülür. Amma ailələr internetdən götürdükləri qida rasionlarını uşaqlarına tətbiq edirlər. Bu, heç də düzgün deyil. Uşaqlar hər hansı başqa xəstəlik yoxdursa, bu qida rasionunun müvafiq cədvəlləri həkimlər tərəfindən hazırlanmalıdır.

Qida məhsulları və miqdarı həkimlə məsləhət edilməlidir”. \\Medicina