📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“USAID Ukraynada diversiya ilə məşğul olub”

2025-02-14 16:46:03

“USAID Ukraynada diversiya ilə məşğul olub”

“ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna ərazisində diversiya fəaliyyəti ilə məşğul olub”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb. 

Onun sözlərinə görə, burada söhbət ABŞ-nin ölkələrə milli sanitar-epidemioloji nəzarət sistemlərinin inkişafına və bioloji terrorizm təhlükələrinə qarşı mübarizəyə yardım adı altında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətindən gedir.

Zaxarova qeyd edib ki, USAID-in ABŞ-nin hərbi-bioloji fəaliyyətində iştirakını göstərən sənədlər və hesabatlar mövcuddur.

Qafqazinfo.az