📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq

2021-12-21 11:55:00

Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq

Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür:

"Məzmun dəyişiklikləri də olmalıdır".

O həmçinin əlavə edib ki, məktəblərin iki növbəli olması müəllimlərin dərs saatlarına heç bir təsir etmir.

Qeyd edək ki, məktəb müəllimlərinin işə qəbulu imtahan vasitəsilə həyata keçirilir.