📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uşaq meydançasının yaxınlığında partlayış baş verdi - Ölənlər var

2023-05-17 21:44:00

Uşaq meydançasının yaxınlığında partlayış baş verdi - Ölənlər var

İspaniyada şəhər parkında güclü partlayış baş verib, ölənlər var. Hadisə uşaq meydançasının yaxınlığında baş verib.

Hurriyyet.az bildirir ki, İspaniyanın Gipuzkoa şəhər parkı, uşaq meydançasının yaxınlığında yerli sakinlər güclü partlayış səsi eşidiblər. Nəticədə hadisə yerindən bir kişi və bir qadın meyiti tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin versiyasına görə partlayışa səbəb ölən vətəndaşlardan birinin daşıdığı bağlama olub.
Hadisə yerindən odlu silah tapılıb və istintaqa görə, hücum edən şəxs əvvəlcə qadına atəş açıb, bir müddət sonra isə intihar edib.

Eyni zamanda, EFE agentliyi hüquq-mühafizə orqanlarının öz mənbələrinə istinadən iddia edir ki, istintaqın gedişatında yeni faktlar ortaya çıxa bilər. \\Sfera.az