Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
"Azərbaycan Uşaqları" Birliyinin sədri Kəmalə Ağazadə Beynəlxalq Qızlar Günü münasibətilə paylaşım edib.
Modern.az onun paylaşımını təqdim edir:
"Əziz qızlar,
Bu gün Beynəlxalq Qızlar Günüdür.
Yaşından asılı olmayaraq, hər birimiz analarımızın qızlarıyıq.
İrqindən, mənsubiyyətindən asılı olmayaraq, hər bir qızın, hər bir uşağın azadlığı var. Amma bu günləri azadlıq dediyimiz hər hansısa bir uşağın seçiminin olmadığı bir azadlıq tələbidir.
Gəlin, uşaqların xəmirini bununla yoğurmayaq. Mən heç kimin son vaxtlar müzakirələrini əsas gətirməyəcəyəm.
Deməyim odur ki, uşaq uşaqlığını yaşamalıdır. Qoyulan qaydalara ilk olaraq valideyn əməl etməlidir.
Əgər bu gün məktəb geyimi dediyimiz formada olmalıdırsa, qanun çərçivəsində bunu bilirlərsə, demək buna riayət etmək lazımdır. Məktəblinin vahid məktəbli forması olmalıdır. Çünki uşaq özünü, özünün davranışını o geyimdə daha rahat hiss edəcək. Təhsilinə daha çox fokuslanacaq.
Və buradan üzümü müəllimlərə tuturam. Əziz müəllimlər, sizin hər bir davranışınız, hər bir görünüşünüz bizim gələcəyimizə bir nümunədir. Nümunə dediyimiz isə təhsilin verdiyi və təhsildə qoyulan qaydalara riayət etməkdir.
Hər birinizə, əziz qızlar, xanımlar, mən ən əsas can sağlığı arzulayıram. Və düşünürəm ki, mənim dediklərimi qınağa çevirməyəcəksiniz.
Qanun şahdır. Ənənə şah deyil.
Bayramınız mübarək olsun, gününüz mübarək!"