Uşaqlar arasında yayılan xəstəlik… - Pediatr
2022-04-06 16:30:00
Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir.
Hurriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır:
“Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”.