Uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək
2024-09-10 17:17:16
Hurriyyet.az xəbər verir ki, Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadənin qadağan edilməsi planlaşdırılır. "İnstaqram" və "TikTok" kimi platformaların uşaqların fiziki və psixi sağlamlığı üçün zərərli olduğu bildirilir.
Avstraliyanın Baş naziri Entoni Albaniz hakimiyyətin yaxın aylarda müvafiq qanunlar qəbul etməyə və tədbirlər görməyə hazırlaşdığını bəyan edib: "Valideynlər övladlarının telefonlardan çıxıb futbol meydanlarına getmələrini istəyirlər. Mən də bunu istəyirəm. Daha yetər. Tədbirlər görülməlidir".
Hürr Tərcüman