“Uşaqlarımıza Bayraktar adını veririk”
2022-06-18 13:54:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Bakı Qlobal Forumunda iştirak edib. Haber Qlobal kanalına müsahibə verən xanım “müharibə boyunca Türkiyənin Ukraynanı dəstəklədiyinə və Prezident Ərdoğanın vasitəçilik səylərinə görə minnətdar” olduğunu söyləyib.
Katerina Yuşşenko deyib: “Türkiyəyə minnətdarıq. Bizə hərbi yardım edən ilk ölkələrdən biri Türkiyə oldu. Əgər bu yarımı almasaydıq, bu gün bu vəziyyətdə olmaya bilərdik. Xüsusilə də “Bayrakdar” SPUA üçün minnətdarıq. Biz artıq uşaqlarımıza belə Bayraktar adını qoyuruq. Vasitəçilik səylərinə görə Prezident Ərdoğana təşəkkür edirik”.
Hürr Tərcüman