📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÜST Afrikada meymun çiçəyi epidemiyasını fövqəladə vəziyyət elan etdi

2024-08-15 12:25:02

ÜST Afrikada meymun çiçəyi epidemiyasını fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Qebreyesus Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində baş verən meymun çiçəyi epidemiyasını bütün dünya üçün təhlükə yaradan ictimai sağlamlıq vəziyyəti elan edib.

“...Bu epidemiyaları dayandırmaq və insanları xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır”, deyə Qebreyesus həyəcan siqnalı çalıb.

Bu il bu xəstəliyə yoluxma hallarının sayı 15600-dən çox, ölənlərin sayı isə 537 nəfər olub.

Lalə, Hurriyyet.az