ÜST bütün dünyanı koviddən daha dəhşətli pandemiyaya hazır olmağa çağırdı
2023-05-24 09:50:00
Hurriyyet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adxanom Qebreysesus Kovid-19-dan daha təhlükəli pandemiyanın meydana çıxması təhdidini istisna etməməyi məsləhət görüb.
O, Cenevrədə keçirilən assambleyadakı çıxışı zamanı bütün dünyanı bu təhdidə kollektiv cavab verməyə hazır olmağa çağıraraq deyib: “Yeni yoluxmalara və ölümlərə səbəb olmağa qabil başqa variantın (koronavirusun – red.) meydana çıxması təhdidi qalır. Həmçinin daha ölümcül potensiala malik yeni patogenin meydana çıxması təhdidi də qalmaqdadır”.
Hürr Tərcüman