📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

2026-03-10 17:58:00

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail Hərbi Hava Qüvvələrinin Livanda fosfor tərkibli mərmilərdən istifadə etməsi ilə bağlı məlumatları araşdırır.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın Livandakı nümayəndəsi Dr. Abdinasir Abubakar Cenevrədə keçirilən brifinqdə bildirib.

"Biz bunu araşdırırıq və təsirlənən insanları müəyyən etmək üçün vəziyyəti izləyirik", - o, bildirib. 

Daha əvvəl İsrailin  Livanın cənubundakı hücumlarda fosfor mərmilərindən istifadə etdiyi bildirilmişdi.