📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÜST-nin rəhbəri Qebreyesus Türkiyənin zəlzələ bölgələrinə gedib

2023-03-01 10:06:00

ÜST-nin rəhbəri Qebreyesus  Türkiyənin zəlzələ bölgələrinə gedib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Qebreyesus Türkiyənin zəlzələ bölgəsindəki səhra xəstəxanalarına və çadır düşərgələrinə baş çəkib.
O bildirib ki, qurum Türkiyənin cənubunda və cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən zərər çəkənlərə hər cür yardım göstərməyə hazırdır. Türkiyə tərəfi üçün yardım yükü fəlakət zonası sakinlərinin ehtiyaclarının prioritetləri nəzərə alınmaqla formalaşacaq.
Ülviyyə, Hurriyyet.az