ÜST rəsmisi: Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır
2024-06-18 21:31:30
Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır.
Bunu Bakıda COP29-dan əvvəl keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, yeni xəstəliklərin meydana çıxması həm də bununla bağlıdır:
“Səhiyyə işçiləri bu barədə lazımi biliyə malik deyillər. Halbuki məsələ kifayət qədər ciddi və realdır. İnsanlar başa düşməlidirlər ki, bu problemi həll edə bilərlər”. \\Referans.Az