📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÜST üçüncü cinsi tanımaq zərurətini bəyan etdi - yeni dövr başlanır?

2022-07-13 20:00:00

ÜST üçüncü cinsi tanımaq zərurətini bəyan etdi - yeni dövr başlanır?

Hürriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçüncü cinsin tanınmasının zəruri olduğunu, cinslərin təkcə qadın və kişi ilə məhdudlaşmadığını bəyan edib.

ÜST gendr problematikası məsələsinə yenidən baxılmasını qərara alıb. Bununla bağlı yeni sənəd qəbul edilməsi planlaşdırılır. Yeni sənəddə genderin əsas konsepsiyalarına dərişiklik ediləcək.

P.S. Deməli, ÜST hesab edir ki, dünyada qadın və kişi ilə yanaşı, üçüncü cins də yaradılıb, yaxud da təkamül nəticəsində ortaya çıxıb. Qeyd edək ki, SSRİ dövrünün ən cəsur ateistləri belə təkamülün bu halı barəsində açıqlama verməmişdilər. Dini mənbələrdə isə, bu haqda geniş informasiya və proqnozlar var.

Hürr Tərcüman