📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Üstümüzə qışqırmayın" - Lavrovdan jurnalistə reaksiya

2021-12-02 21:51:00

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüş zamanı qışqıraraq sual verən jurnalistə zarafatla cavab verib.

ATƏT-in Stokholmda yerləşən binasında hər iki nazirin çıxışından sonra rus və amerikalı jurnalistlər suallarını yağdırmağa başlayıblar.

Suallardan biri “ABŞ Rusiyaya hüquqi təhlükəsizlik zəmanəti verməyə hazırdırmı” olub. Lavrov isə gülərək, jurnalistə, “Üstümüzə qışqırmayın” cavabını verib. \\Kanal