📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Üzərində işlədiyimiz bu plan insanların ən çox ehtiyat etdiyi şeyi Vladimir Putin üçün çox-çox çətinləşdirəcək” - Bayden

2021-12-04 00:17:00

“Üzərində işlədiyimiz bu plan insanların ən çox ehtiyat etdiyi şeyi Vladimir Putin üçün çox-çox çətinləşdirəcək” - Bayden

ABŞ administrasiyası Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünə imkan verməmək üçün plan hazırlayır.

Bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

“Üzərində işlədiyimiz bu plan insanların ən çox ehtiyat etdiyi şeyi Vladimir Putin üçün çox-çox çətinləşdirəcək”, deyə Bayden əlavə edib.

Qeyd edək ki, Qərb mətbuatı Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləşdirməsi məsələsinə xüsusi diqqət yetirir. Rusiya tərəfi isə bildirir ki, öz ərazisində qoşunların yerdəyişməsini aparmaqla bağlı özü qərar verə bilər. \\APA