Üzərində xəsarətlər olan qadının ölüm səbəbi məlum olub
2021-11-09 09:45:00
Göygöl rayonunda üzərində xəsarətlər aşkarlanan meyitin şəxsiyyəti məlum olub.
Hurriyyet.az Reporta-a istinadən xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü E.Niftəliyevadır.
O, Göygöl rayonunun Topalhəsənli kəndində yaşadığı evdə qollarını kəsərək intihar edib. İntihara səbəb kimi qadının psixoloji sarsıntı keçirməsi ehtimal olunur.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.