📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vahe Akopyan: "Gorus-Qafan yolu iranlılar üçün daha əlverişlidir, yol geniş, yanacaq ucuz"

2021-12-02 00:01:00

Vahe Akopyan:

“Gorus-Qafan yolu iranlılar üçün daha əlverişlidir, yol geniş, yanacaq ucuz”.

Bunu “Ermənistan” blokunun üzvü Vahe Akopyan deyib. “Gorus-Qafan yolunda azərbaycanlılar yanacağı ucuz qiymətə satacaqlar, ona görə də iranlılar ora gedib maşınlarına yanacaq dolduracaqlar”, – deyə Akopyan bildirib.

Onun sözlərinə görə, bu yol iranlılar üçün bir neçə səbəbə görə cəlbedicidir – “daha ​​genişdir, sıxlıq yoxdur, azərbaycanlıların təklif etdiyi ucuz yanacaq var”. O əlavə edib ki, Tatev-Ağvan yolunda daim tıxac müşahidə olunur.

Bir müddət öncə Gorus-Qafan yolunda SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub. \\KONKRET