📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vahid Avropa ordusuna ehtiyac yoxdur”

2022-08-29 08:00:00

“Vahid Avropa ordusuna ehtiyac yoxdur”

"Avropa İttifaqı hazırda müdafiəyə Çinlə eyni məbləğdə,Rusiyadan isə dörd dəfə artıq vəsait sərf edir"

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Avropa İttifaqı ordusunun yaradılmasını dəstəkləmədiyini bildirib. O, jurnalistlərə müsahibəsində Aİ-inin müştərək ordusunun yaradılmasına ehtiyac olmadığını söyləyib.

Borrel Avstriyanın “Kronen Tsaytunq” (Kronen Zeitung) nəşrinə müsahibəsində deyib: “27 ordunun heç biri vahid Avropa qüvvəsi ilə əvəz edilə bilməz. Biz yalnız öz qüvvələrimizi birləşdirməli, yaxşı koordinasiya qurmalı və təhlükəsizliyə investisiya qoymalıyıq”.

Onun sözlərinə görə, hazırda Aİ müdafiəyə Çinlə eyni məbləğdə, Rusiyadan isə dörd dəfə artıq vəsait sərf eləsə də, “borc böhranı və tərksilah səbəbindən mövcud çağırışlara cavab verə bilmir”. 

Borrel deyib: “Açar kəlmə - effektlilikdir. Yoxsa, bu, pulları boşuna xərcləməkdir”.

Aİ-nin ali nümayəndəsinin fikrincə, Avropa İttifaqını iqtisadiyyatına və mənəviyyatına görə “fövqəldövlət” adlandırmaq olar, lakin hərbi baxımdan bu, mümkün deyil.

“Dünya daha təhlükəli yerə çevrilib. Aİ üzvləri dərk eləməlidirlər ki, lazım gələrsə, biz özümüzü müdafiə eləməliyik və bunun üçün bizə vasitələr lazımdır”.

Hürr Tərcüman