Vahid Əhmədov seçki ilə bağlı qərarını verdi
2024-07-17 14:16:39
Milli Məclisin VI çağırış deputatı Vahid Əhmədov 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Vahid Əhmədov özü məlumat verib.
O bildirib ki, 59 saylı Quba seçki dairəsindən yenidən namizədliyini irəli sürüb.
V.Əhmədovun namizədliyi artıq təsdiqlənib. O, namizədliyin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıb.
axar.az