📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı - Video

2021-12-07 09:36:00

Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində olublar.

Hurriyyet.az-ın məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Bu zaman Prezidentlə qəsəbə sakini arasında maraqlı dialoq yaşanıb.

Belə ki, dövlət başçısı qəsəbə sakinindən neçə yaşının olmasını soruşub. 

Ağsaqqal isə “səksən beş” cavabını verib.

Prezidentin “Maşallah” deməsindən sonra, millət vəkili Vahid Əhmədov “Cavan oğlana oxşayır” zarafatını edib. Deputatın bu zarafatı Prezidentin təbəssümünə səbəb olub.