📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vahid Əhmədovdan həbsdəki jurnalistlərin iddiasına cavab - "Mən onun işinə qarışmamışam"

2025-08-29 11:32:23

Vahid Əhmədovdan həbsdəki jurnalistlərin iddiasına cavab -

“Mən Zəfərin həbsdəki jurnalistlərin apellyasiya şikayətlərinə baxdığından xəbərsizəm. Ona görə də məhkəmədə nə baş verdiyini də bilmirəm”.

Hurriyyet.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sabiq deputat Vahid Əhmədov Bakı Apellyasiya Məhkəməsinin hakimi olan oğlu Zəfər Əhmədovun “Abzasmedia”çıların işini aparmasını və məhkəmədə oğlunun ünvanına deyilənləri şərh edərkən söyləyib.

Qeyd edək ki, jurnalistlərin vəsatətlərini rədd edn Zəfər Əhmədov onların qınağı ilə qarşılaşıb.

Belə ki, Zəfər Əhmədovun hakimlik təcrübəsinin az olduğunu vurğulayan jurnalist Sevinc Vaqıfqızı onun obyektiv olacağına da inanmadığını deyib:”Sizin atanız da keçmiş deputat Vahid Əhmədovdur. Siz onun hesabına burdasınız. Obyektiv proses apara bilmərsiniz”.

Saytımıza açıqlamasında isə Vahid Əhmədov deyib ki, indidən məhkəmənin nəticəsi haqqında fikir söyləmək doğru deyil:”Bircə onu bilirəm ki, Zəfər öz sahəsini bilən hüquqşünasdır. Mən onun işinə qarışmamışam. O, prokuror işləyəndə də mənə öz işi barədə nəsə demirdi”.