📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vahid Əhmədovun oğlunun yerinə o təyin edildi

2024-07-11 17:02:21

Vahid Əhmədovun oğlunun yerinə o təyin edildi

Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Fərid Nağıyev gətirilib.

F.Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. T.Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, bundan öncə Qaradağ rayon prokuroru vəzifəsini VI çağırış Milli Məclisin deputatı Vahid Əhmədovun oğlu Zəfər Əhmədov icra edirdi. O, bir neçə gün öncə vəzifəsindən azad olunub.