📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vahid Əhmədovun səhhətində problem yaranıb? - Özü danışdı

2023-12-29 18:04:02

Vahid Əhmədovun səhhətində problem yaranıb? - Özü danışdı

Xəbər saytlarında Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı və müalicə üçün Türkiyəyə aparıldığı barədə xəbərlər yayılıb. Hətta sosial şəbəkələrdə deputatın infarkt keçirdiyi barədə iddialar paylaşılıb.

Hurriyyet.az xəbər verir ki, modern.az məsələni aydınlaşdırmağa çalışıb. Vahid Əhmədovun özü ilə əlaqə saxlamaq cəhdimiz alınıb.

Deputat saytımıza açıqlamasında vəziyyətinin ağırlaşması və infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Mən hər il Türkiyəyə müayinəyə gəlirəm.  Elə bir ciddi problem yoxdur.  Ümumi "check up" etdirmək üçün buradayam", - o, deyib.