"Vaksin vurdurmayın" - AzTV-nin aparıcısından ÇAĞIRIŞ
2021-08-20 20:10:00
AzTV-nin aparıcısı Aydan Axundova anasının vaksin vurdurduqdan sonra koronavirusa yoluxduğunu iddia edib.
O, bu haqda sosial şəbəkə hesabında yazıb.
Aparıcı bildirib ki, anası xəstəliyi ağır keçirir:
"Vaksinasiya olunmuş anam koronovirusun artıq ikinci həftəsini yaşayır. İkinci həftəsini çox ağır keçirdir. Xəstələrin 90 faizi vaksinləşmiş insanlardır. Məsləhətim, bacardığınız qədər vaksin vurdurmayın". \\Sfera.az