📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaksinin 3-cü dozasına ehtiyacı olan qruplar AÇIQLANIB

2021-10-12 10:15:00

Vaksinin 3-cü dozasına ehtiyacı olan qruplar AÇIQLANIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə The New York Times qəzeti xəbər verib.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19- qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir.

Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü doza ilə peyvənd olunması məsləhət görülüb.