📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Valideynlər Paşinyanla görüş tələb edir

2023-02-20 12:37:00

Valideynlər Paşinyanla görüş tələb edir

Yanvarın 19-da Ermənistanın Geqarkunik mərzinin Azat kəndi ərazisində yerləşən hərbi hissədə baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin yaxınları hökumət binasının yanında toplaşıb.

Hurriyyet.az xəbər verir ki, onlar Nikol Paşinyanla görüş tələb edirlər.

Valideynlər prosesi aparan orqanın irəli sürdüyü fərziyə ilə bağlı öz inamsızlıqlarını, şübhələrini ifadə etmək istəyirlər.

Hökumət binası qarşısına gəlməzdən əvvəl hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binasının qarşısına toplaşıblar. Onlar istintaqın gedişi ilə razılaşmır və hesab edirlər ki, faciənin baş vermə şəraiti qəsdən ört-basdır edilir. Onlardan bəziləri Ermənistanın müdafiə naziri Suren Papikanın istefasını tələb ediblər.

Xatırladaq ki, yanvarın 19-da baş verən yanğın nəticəsində 15 erməni hərbçi yanaraq həlak olub.

yenisabah.az