📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Valideynlərdən korona pasportu tələb olunur? - RƏSMİ

2021-09-07 14:58:00

Valideynlərdən korona pasportu tələb olunur? - RƏSMİ

Təhsil Nazirliyi valideynlərdən COVİD pasportu tələb etmir.

Hurriyyet.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 16-18 yaşlı şagirdlərə vaksinasiya məcburi deyil:

"18 yaşdan yuxarı şagird və tələbələrin COVİD pasportu olmalıdır. Əlavə olaraq isə ali təhsil müəssisələri ilə tələbələrin COVİD pasportunun təqdim olunmasının asanlaşdırılması üçün məsələni müzakirə edib, ictimaiyyətə təqdim edəcəyik".