📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Valideynlərdən pul tələb edən direktorla bağlı ARAŞDIRMA APARILIR

2021-12-15 13:50:00

Valideynlərdən pul tələb edən direktorla bağlı ARAŞDIRMA APARILIR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib. Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva faktla bağlı araşdırmaların davam etdiyini bildirib.

"Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin "whatsapp" qrupunda Valideyn-Müəllim Assosiasiyalarından pul yığılması ilə bağlı göstəriş verib. Səs yazısında direktor pulu yığa bilməyən müəllimlərin vəsaiti öz hesablarına ödəməli olduqlarını deyib.