📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

2026-08-01 14:56:44

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatının şöbə rəisi leytenant Çillər Əsədli vəzifəsindən azad olunub.

Hurriyyet.media “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Bildirilib ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli vəzifəsindən azad olunması üçün özü ərizə yazıb.

Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır.