📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaqif Xaçatryandan ŞOK AÇIQLAMA: "İkinci Qarabağ müharibəsində..."

2023-10-25 13:15:38

Vaqif Xaçatryandan ŞOK AÇIQLAMA:

"İkinci Qarabağ müharibəsi zamanı ermənilər çaxnaşmaya düşmüşdülər. Müharibə başlayan kimi Badarada ermənilərin hamısı qaçıb getmişdilər. Demək olar ki, bir erməni belə qalmamışdı. Yalnız üçtərəfli bəyannamə imzalandıqdan sonra ermənilər geri qayıtdılar".

Hurriyyet.az xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan məhkəmədə deyib.

Daha sonra Xaçatryan qeyd edib:

"Kim ki müharibədə iştirak etmişdi, azərbaycanlılara qarşı soyqırım törətmişdi Allah onların cəzasını verdi, canını aldı. İndi onlardan sağ qalan yoxdur".

musavat.com