📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirildi

2023-08-03 15:39:00

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirildi

“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

O bildirib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb:

“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır”.