“Vaqner” fəaliyyətini Belarusda davam etdirir – Polşa ilə sərhəddə...
2023-07-20 12:33:00
Hurriyyet.az xəbər verir ki, Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə birlikdə Belarus-Polşa sərhədinin yaxınlığında “Brest” poliqonunda birgə hərbi təlimlərə başlayıblar.
Bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi verib.
Qeyd edək ki, Belarusda yerləşmiş “Vaqner” muzdlularının sayı barəsində dəqiq məlumat verilməyib.
Hürr Tərcüman