📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaqner" mayın 10-da Baxmutu tərk edəcək - Kremldən “Putinin aşpazı”nın açıqlamasına reaksiya

2023-05-05 13:10:00

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin mayın 10-da “Vaqner” muzdlularının Ukraynanın Baxmut şəhərini tərk edəcəyi ilə bağlı bəyanatı barəsində açıqlama verib.

Kremlin təmsilçisi deyib: “Biz bu bəyanatı mətbuatda gördük, lakin məsələ Xüsusi Hərbi Əməliyyatın gedişi ilə bağlı olduğundan mən bu barədə açıqlama verə bilmərəm”.

Xəbər verildiyi ki, Priqojin video yayaraq silah-sursat çatışmazlığı səbəbindən vaqnerçilərin Baxmutu tərk edəcəyini bəyan edib: “2023-cü il mayın 10-da biz öz mövqelərimizi Müdafiə Nazirliyinin bölmələrinə təhvil verməyə hazırıq”.

Hürr Tərcüman