“Vaqner” muzdluları Ermənistanda çevriliş edəcəklərmi?
2023-09-14 10:17:19
Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan vaqnerçilərin ölkədə olması barəsində KİV-də, “Teleqram” kanallarda yayılmış informasiyanın Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırıldığını bildirib.
Vaqnerçilərin Ermənistanda çevriliş etməsi ehtimalı barəsində sualın cavabında Paşinyan belə deyib: “Ancaq erməni xalqı Ermənistanda inqilab edə bilər və artıq bunu edib”.
Hürr Tərcüman