“Vaqner” Ukraynadadırmı? Pentaqondan açıqlama
2023-07-14 10:55:00
Hurriyyet.az xəbər verir ki, Pentaqonun mətbuat katibi, ABŞ HHQ-nin briqada generalı Patrik Rayder “Amerikanın səsi” radiostansiyasına müsahibəsinə “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin Ukrayna ərazisindəki fəaliyyətlərini dayandırdıqlarını bəyan edib.
Generel deyib: “Hazırda biz “Vaqner” qüvvələrinin Ukraynadakı hərbi əməliyyatlarda heç bir mühüm iştirakını görmürük”.
Açıqlamada qeyd edilir ki, RF MN iyulin 12-də vaqnerçilərin artıq öz silahlarını Rusiyanın nizami ordusuna tam təhvil verdiklərini bildirib.
Hürr Tərcüman