Vaqnerçilər Rusiyanın iki vertolyotunu vurdular – Qiyam vətəndaş müharibəsinə çevrilir?
Hurriyyet.az Unian.net portalına istinadla xəbər verir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları bu gecə Rusiyanın 2 vertolyotunu vurublar. Bu məlumatı “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin özü verib. O, Rusiya ordusunun vertolyotunun mülki karvana hücum etdiyini iddia edərək, vaqnerçilərin təhdid kimi qəbul etdikləri hər şeyi məhv edəcəklərini deyib.
Priqojin deyib: “Vaqner”in 25 min döyüşçüsünün hamısı ölümə hazırdır. Bir daha xəbərdarlıq edirəm: ətrafdakı hər şeyi təhdid kimi qəbul edəcək və məhv edəcəyik. Bizim hədəflərimiz var, hamımız ölümə hazırıq. 25 minin hamısı. Daha sonra daha 25 min nəfər. Döyüşçülərimiz vətən naminə və rus xalqının uğrunda ölürlər”.
Priqojin Federal Təhlükəsizlik Xidmətinin bir pilotunun muzdluları vurmaqdan imtina elədiyini də söyləyib.
Hürr Tərcüman