📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaqner"lə bağlı daha bir şok: Bu ölkədə vergi yığır

2022-02-12 09:35:00

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Mərkəzi Afrika Respublikasından (MAR) ixrac olunan kənd təsərrüfatı məhsullarına görə vergi almağa başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu iddia ilə Nigeriyanın “HumAngle” saytı çıxış edib.

Hadisə şahidlərinin ifadələrinə əsaslanan xəbərdə bildirilir ki, "Vaqner" sudanlı iş adamlarının aldığı hər ton qəhvədən vergi toplamaq üçün Bria, Ouadda və Ndele kimi əkinçilik bölgələrində xüsusi bölmələr yaradıb.

“Vaqner”dən öncə isə Bria və Ndeledə qəhvədən gələn gəlirin bölgədəki silahlı qrupların gəlirinin 70 faizini təşkil etdiyi də vurğulanıb.

Qeyd edək ki, qəhvə MAR-ın kiçik bir ərazisində istehsal olunsa da, terror təşkilatlarının əsas gəlir mənbələrindən biridir.

ABŞ-ın Sülh İnstitutunun 2020-ci ildə hazırladığı "Yaşıl alma: Mərkəzi Afrika Respublikasında qəhvə və münaqişə" adlı hesabata görə, o dövrdə bölgədəki silahlı qrupların qəhvə istehsalından hər il 2,7 milyon dollar gəlir əldə etdiyi təxmin edilir.