📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaqner"lə rus ordusu Suriyada çəkişmə yaşayır

2023-07-12 14:29:00

Rusiyada “Vaqner” muzdlu ordusunun üsyan cəhdi zamanı Suriya hakimiyyəti və rəsmi Rusiya ordusu Suriyada olan vaqnerçilərə qarşı hərəkətə keçib. Bu barədə “Reuters” xəbər verir.

Priqojin “yürüş”ünü elan etdikdən sonra bir qrup rus zabiti Suriyaya göndərilib. Onların məqsədi Suriyadakı rus ordusuna Vaqner qüvvələrinə nəzarəti ələ keçirməyə kömək etmək olub. İyunun 23-də Suriya hərbi kəşfiyyatı vaqnerçilərin yerləşdiyi ərazilərdə stasionar telefonları və internet bağlantılarını kəsib ki, onların rusiyalı həmkarları ilə əlaqə saxlamasına mane olsun.

Başlanan üsyan cəhdinin nəticələrinin qarşısını almaq üçün “Vaqner” döyüşçülərinə Rusiya Müdafiə Nazirliyi ilə yeni müqavilələr bağlamaq və ya dərhal Suriyanı tərk etmək əmri verilib. Bu şərtlərdən imtina edənlər Suriyadan, ehtimal ki, Maliyə aparılıb.

Ülviyyə, Hurriyyet.az