VARDANYAN LAÇIN YOLUNDA SAXLANILIB? - Erməni mənbələri onun yaxalandığı barədə xəbər yaydı...
2023-09-27 14:17:18
Qarabağa Rusiya tərəfindən göndərilmiş erməni milyarder Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı haqda məlumat yayılıb.
Hurriyyet.az xəbər verir ki, erməni “Teleqram” kanallarının yazdığına görə, o, Qarabağdan qaçmağa çalışarkən Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Xatırladaq ki, Xankəndidə ləğv olunmuş qondarma rejimin keçmiş “müdafiə naziri” David Babayan Rusiya rəsmilərinin Azərbaycandan Vardanyanın Qarabağı tərk etməsinə şərait yaratmasını xahiş etdiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Vardanyan haqqında cinayət işi açıb-açmadığı barədə məlumat yoxdur. Onun beynəlxalq axtarışa verilib-verilmədiyi də məlum deyil.
“AzPolitika.info”