📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vardanyan Moskvaya niyə getdi?

2022-10-15 10:47:00

Vardanyan Moskvaya niyə getdi?

Təxminən bir ay əvvəl Qarabağa köçən Ruben Vardanyan Moskvaya gedib.

Hurriyyet.az “Hraparak”a istinadla xəbər verir ki, “dövlət naziri” vəzifəsini tutma təklifinə iş adamı hələ konkret cavab verməyib.

Erməni nəşri qeyd edir: "Müxtəlif fərziyələr və Vardanyanın bizneslə bağlı yarımçıq qalmış işləri var. O, bunları başa çatdırmaq qərarına gəlib.

Vardanyan dövlət aparatına yeni daxil olub və o, hələ də tərəddüd edir ki, bu təyinatdan daha çox qazanacaq, yoxsa itirəcək? Təbii ki, başqa versiyalar da var.

Vardanyan Moskvaya gedib. Səfərin məqsədi nə olub, öyrənə bilmədik. Doğrudanmı o, biznesini bitirir, yoxsa təyinatdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşmələr aparmalıdır?”