📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vardanyana sovqat göndərildi

2023-10-06 11:49:17

Vardanyana sovqat göndərildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviçə baş çəkib.

Hurriyyet.az xəbər verir ki, Vardanyan saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib.

Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub.