📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vardanyanı və hərbi birləşmələri Qarabağdan çıxartmasalar yeni hərbi əməliyyatlar labüd olacaq" - ZAUR MƏMMƏDOV

2022-12-14 12:28:00

"Separatçılar Vardanyanın simasında beynəlxalq dairələr ilə münasibətlərini legitimləşdirmək istəyirlər"

"Ruben Vardanyan Qarabağı tərk etməlidir. Onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloqun sözlərinə görə, əgər aidiyyatı aktorlar Ruben Vardanyanı və hərbi birləşmələri Qarabağdan çıxartmasalar yeni hərbi əməliyyatlar labüd olacaq: "Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Vardanyan həm də Qərbdə təsir imkanlarına malikdir".

Bakı Politoloqlar Klubunun rəhbəri onu da əlavə edib ki, separatçılar Vardanyanın simasında beynəlxalq dairələr ilə münasibətlərini legitimləşdirmək istəyirlər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az