📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vardanyanın qolları qandallanmalı, Bakıya gətirilməlidir” – Fəzail Ağamalı

2022-12-30 13:14:00

“Vardanyanın qolları qandallanmalı, Bakıya gətirilməlidir” – Fəzail Ağamalı

“Artıq 19 gündür ki, ekofəallarımızın Laçın yolunda erməni vandalları tərəfindən təbii sərvətlərimizin talanmasına qarşı etiraz aksiyaları davam edir”. 

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.

“Lakin biz nə qədər ki, Gorus-Xankəndi yolunda nəzarət postu qurmamışıq, bu aksiya davam etməlidir. Digət tərəfdən, beynəlxaq səviyyədə tanınmış dələduz Vardanyana qarşı cinayət işi açılmalı, onun əlləri qandallanıb, Bakıya gətirilməlidir”, - deyə deputat əlavə edib. 

bizim.media