📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Varlı “Sabah”ın prezidentinin diqqətinə: Ermənistanın kasıb komandası...

2024-08-16 11:25:59

Varlı “Sabah”ın prezidentinin diqqətinə: Ermənistanın kasıb komandası...

Konfrans Liqasının seçmə mərhələsinin 3-cü turunun cavab oyununda Yunanıstan AEK-i Ermənistanın “Noa” klubuna qalib gəlib – 1:0.

Hurriyyet.az xəbər verir ki, ilk görüşdə 1:3 hesabı ilə uduzduğundan, bu nəticə yunanlara ümumi hesabda qələbə qazanmaq üçün kifayət etməyib.

Beləliklə, “Noa” pley-off mərhələsinə adlayıb.

Qeyd edək ki, qarşıdurmadan əvvəl AEK aşkar favorit hesab olunurdu. Transfermarkt saytının məlumatına görə,” Noa” (7,7 milyon avro) AEK-in heyətindən (74,1 milyon) demək olar ki, 10 dəfə ucuzdur.

Kasıb Ermənistanın komandasının bu uğuru varlı Azərbaycanın “Sabah”ının yarımpeşəkar İrlandiya komandasına məğlubiyyəti fonunda daha cəlbedici görünür.

Deməli, pul əsas deyil, əsas kadrlardır, idarəetmədir. Ermənilərin bəxti gətirib ki, onlarda Maqsud Adıgözəlov kimi kadrlar yoxdur. Varsa da, onlara vəzifə, pul etibar etmirlər.

publika.az